Bavariya onunla razılaşdı

28.05.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Bavariya" Leverkuzen "Bayer"inin futbolçusu Conatan Ta ilə razılaşıb. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Münhen klubu onunla 2029-ci ilin yayına qədər müqavilə imzalayacaq. Hazırda 29 yaşlı mərkəz müdafiəçisinin tibbi müayinədən keçməsi qalıb. O, azad agent statusunda transfer olunacaq.  

Qeyd edək ki, daha əvvəl Ta "Barselona" ilə razılığa gəlmişdi, lakin kataloniyalıların maliyyə problemləri səbəbindən transfer gerçəkləşməmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью