Bavariya portuqaliyalını 25 milyondan ucuz satmayacaq

13.08.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bavariya"nın yarımmüdafiəçisi Joao Palinya "Aston Villa" ilə şəxsi müqaviləsini razılaşdırıb və karyerasını Premyer Liqada davam etdirmək istəyi barədə alman klubunun rəhbərliyinə məlumat verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, portuqaliyalı yarımmüdafiəçi klublar transfer haqqı barədə razılığa gəldikdən sonra "Villa"ya keçməyə hazırdır. "Aston Villa"nın tezliklə "Bavariya" ilə danışıqlara başlayacağı gözlənilir. Alman mediasının məlumatına görə, Münhen klubu oyunçunun 25 milyon avrodan ucuz satmağı düşünmür.

Qeyd edək ki, 31 yaşlı Palinya ötən mövsümü icarə əsasında "Tottenhem"in formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью