Bavariya Premyer Liqada yeni cinah müdafiəçisi tapıb

23.05.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Brayton"un cinah oyunçusu Kaoru Mitoma "Bavariya"nın radarına düşüb.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Münhen nəhənginin skautları yapon oyunçunun canlı çıxışını izləmək üçün bir neçə dəfə İngiltərəyə yollanıblar.

"Bavariya" hazırda 28 yaşlı futbolçunu yayda transfer etməyi düşünür. Bundesliqa çempionu futbolçu üçün 40-45 milyon avro ödəyəcək.

Mitoma cari Premyer Liqada 35 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun "Brayton"la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. 

Bir dövrün sonu - XORVATİYALI "REAL"DAN AYRILIR - RƏSMİ Almaniya millisinin heyəti açıqlanıb “Bayer”in futbolçusu Madridə yollanıb Mourinyo “Fənərbaxça”dan ayrılır? "Real" Rodriqonun transfer qiymətini müəyyənləşdirib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью