“Bavariya” prinsipial oyunda qələbə qazandı

18.10.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya Bundesliqasının 7-ci turunun “Bavariya” – “Borussiya Dortmund” matçı başa çatıb.

İdman.Biz bildirir ki, matçda “Bavariya” 2-1 hesabı ilə qalib gəlib.

22-ci dəqiqədə Harri Keyn hesabı açaraq, “Bavariya”nı önə keçirib. 79-cu dəqiqədə Maykl Olise ikinci topu “Borussiya”nın qapısından keçirib. 84-cü dəqiqədə Yulian Brandt hesab arasındakı fərqi azaldıb.

Bu oyundan sonra “Bavariya” 21 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir, “Borussiya Dortmund” isə 14 xalla dördüncü yerdədir.

Növbəti turda münhenlilər oktyabrın 25-də səfərdə “Borussiya Mönhenqladbax”la qarşılaşacaq, “Borussiya” isə həmin gün doğma meydanda “Köln”ü qəbul edəcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью