Bavariya PSJ matçını bu hakim idarə edəcək

04.05.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının  yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Bavariya” – PSJ matçının hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına həvalə olunub.

Oyunun baş hakimi Joao Pineyro olacaq. Ona yan xətt hakimləri Bruno Xesus və Lusyano Maia kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Espen Eskas yerinə yetirəcək.

Qeyd edək ki, matç mayın 6-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

ÇL: Həftənin oyunçusu bəlli oldu Yığmamız Pakistan millisini məğlub edib ÇL: Madriddə qollu bərabərlik - YENİLƏNİB ÇL: Parisdə 9 qollu gecə - YENİLƏNİB “Siti”dən çempionluq yolunda böyük addım
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью