“Bavariya” qapıçı Manuel Noyerin gələcəyi ilə bağlı qərarını verib

13.11.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bavariya” qapıçı Manuel Noyerin müqaviləsini yeniləmək qərarına gəlib.

İdman.Biz Bild-ə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, qapıçı 2027-ci ilin yayına qədər Münhen klubunda qalacaq.

Nəşrin məlumatına görə, alman qapıçı üçün yeni müqavilə ilə bağlı danışıqların dekabr ayında başlaması gözlənilir. Klub qapıçının performansından və sonrakı zədələrin qarşısını almaq üçün onun günlük planlarında etdiyi əhəmiyyətli dəyişikliklərdən məmnundur.

Məlumata əsasən, Noyer hər gün komandanın fizioterapevti ilə məsləhətləşir və komanda yoldaşları ilə müntəzəm məşqlərdən əvvəl və sonra əlavə məşqlər edir.

Manuel Noyer bu mövsüm klubun heyətində bütün yarışlarda 13 oyun keçirib və altı dəfə qapısını toxunulmaz saxlayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью