“Bavariya“ qapıçısını İngiltərəyə göndərib FOTO

02.01.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bavariya"nın qapıçısı Daniel Perets mövsümün ikinci yarısını icarə əsasında İngiltərədə keçirəcək.

Moderator.az-ın xəbərinə görə, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında məlumat verib.

25 yaşlı qolkiperin daha çox təcrübə toplaması üçün klub onu İngiltərənin ikinci liqası olan Çempionşipdə mübarizə aparan "Sauthempton"a icarəyə göndərib.

Qeyd edək ki, ötən yay "Bavariya" D.Peretsi icarə üzrə "Hamburq"a yollamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью