Bavariya Real ı geridə qoydu

18.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bavariya" "Real"ı geridə qoydu

"Bavariya" dünya çempionatlarının final mərhələlərində oyunçularının vurduğu qolların sayına görə rekorda imza atıb.

QOL.az xəbər verir ki, "Stats Foot"un məlumatına əsasən, DÇ-2026-nın qrup mərhələsinin 1-ci turundan sonra Münhen klubunun futbolçuları mundiallarda ümumilikdə 83 qol vurublar.

Bununla da Almaniya təmsilçisi 82 qolu olan "Real"ı geridə qoyaraq siyahının zirvəsinə yüksəlib. İlk üçlüyü isə 76 qolla "Barselona" tamamlayır.

Qeyd edək ki, DÇ-2026-nın ilk turunda "Bavariya"nın futbolçuları Harri Keyn (İngiltərə), Camal Musiala (Almaniya) və Luis Diasın (Kolumbiya) vurduğu qollar klubun bu göstəricidə liderliyə yüksəlməsində mühüm rol oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью