Bavariya Realın müdafiəçisini istəyir

05.12.2024

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Bavariya" mərkəz müdafiəçisi axtarışlarını davam etdirir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi "Real"ın müdafiəçisi Raul Asensio üçün hərəkətə keçib.

Almaniya nəhəngi ispaniyalını heyətinə qatmağı planlaşdırır.

Asensionun "Real"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. "Bavariya" öncə ispaniyalını icarəyə götürüb, daha sonra isə təzminat məbləği ödəyərək birdəfəlik heyətinə qatmaq niyyətindədir.

21 yaşlı müdafiəçi "Real"ın yetirməsidir və yalnız bu klubda oynayıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью