“Bavariya” “Real”ın Olise üçün təklifini qəbul etməyəcək

05.06.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Bavariya” cinah oyunçusu Maykl Olise üçün nə 150 milyon, nə də 200 milyon avroluq təklifləri nəzərdən keçirməyəcək.

İdman.Biz bildirir ki, Münhen klubu “Real Madrid”in marağına baxmayaraq, fransız oyunçunu saxlamaq niyyətindədir. Bu barədə “Bayern & Germany” hesabı X sosial media səhifəsində jurnalist Matteo Morettoya istinadən məlumat yayıb.

Xatırladaq ki, “Real Madrid”in prezidenti Florentino Peres daha əvvəl gələn çərşənbə axşamı adı açıqlanmayan oyunçu üçün 150 milyon avroluq təklif verəcəyini açıqlamışdı.

Daha sonra AS qəzeti “Real Madrid”in prezidentinin təkzibinə baxmayaraq, sözügedən oyunçunun Olise olduğunu bildirmişdi.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью