Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Bavariya” Almaniyanın 8-ci divizionunda mübarizə aparan “Rottox-Egern” klubu ilə ənənəvi yoxlama matçında 15:0 hesablı qələbə qazanıb.
Futbolpress.az xəbər verir ki, qarşılaşmada Felipe Çaves, Armindo Zib, Arijon İbrahimoviç və Maykon Kardozo hərəyə iki dəfə fərqləniblər. Filip Paviç, Joao Palinya, Bastian Assomo, Sapoko Ndiay, Aleksandar Pavlovic, Yozua Kimmix və Skender Nuraj isə hərəyə bir qola imza atıblar.
“Bavariya” avqustun 4-də Cənubi Koreyanın “Çecud Yunayted” komandası ilə növbəti sınaq matçına çıxacaq.