“Bavariya” rəsmisindən Haalandla bağlı açıqlama

02.11.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Bavariya"nın icraçı direktoru Yan-Kristian Drezen norveçli hücumçu Erlinq Haaland ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında forvardın transferi haqqında düşünmədiklərini deyib:

"Dünyanın ən yaxşı forvardı, Harri Keyn bizimlədir. Avropada ən yaxşı hücum xəttinə sahib klubuq. Kiməsə ehtiyacımız yoxdur. Haalandın transferi müzakirə edilmir".

Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti"də 12 oyunda 13 qol vurub. Keyn isə 13 matçda 10 dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью