Bavariya Sane ilə bu şərtlə müqavilə yeniləyəcək

04.04.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Bavariya" vingeri Leroy Sane ilə yeni müqavilə bağlamağa yaxındır.

Apasport.az xəbər verir ki, Sane müqavilənin uzadılmasında maraqlıdır, lakin "Bavariya" rəhbərliyi alman futbolçunu komandada saxlamaq istədiklərindən əmin deyildi. 

Yeni iddialara görə, tərəflər arasında müqavilə böyük ehtimalla yenilənəcək.

Hər şey plana uyğun getsə, klub futbolçunun maaşını azaltmaq şərtilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 29 yaşlı futbolçunun hazırkı müqaviləsi iyulda başa çatacaq. Sane bu mövsüm Vinsent Kompaninin komandasının heyətində 36 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
 

"Bavariya" braziliyalı cinah oyunçusu ilə maraqlanır “Fənərbaxça” Okan Buruk haqqında bəyanat yayıb “Beşiktaş”ın prezidenti CƏZALANDIRILDI “Beşiktaş” kubokla vidalaşdı Sabiq “Beşiktaş”lı Super Liqaya qayıda bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью