Bavariya tarixində belə qapıçı görməyib: 5 matçda da...

15.04.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

"Bayern"in qapıçısı Yonas Urbiq yeni antirekord müəyyənləşdirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçu bundesliqanın 29-cu turunda Dortmund "Borussiya"sı ilə oyunda buna nail olub.

Almaniya nəhənginin tarixində çempionatda debüt etdiyi 5 matçın hər birində (Bohum - 2:3, "Union" - 1:1, Sankt-Paulu - 3:2, "Auqsburq" - 3:1 və "Borussiya D" - 2:2) qapısından topları çıxarmağa məcbur olan ilk qapıçı olub.

Onu da bildirək ki, Urbiqin əsas heyətə yolunun açılmasına səbəb Manuel Noyerin zədə  nəticəsində sıradan çıxması olub.

Tural
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью