Bavariya Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır

08.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Almaniyanın "Bavariya" klubu hücumçusu Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır.

"Report" "SkySport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 35 yaşlı futbolçunun maaşının azaldılması şərti ilə sözləşməsini 1 il daha artırmağa razılaşıb.

Onun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Tomas Müller bu mövsüm "Bavariya"nın heyətində 22 oyunda meydana çıxıb və 4 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью