“Bavariya” üçün şad xəbər

10.11.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani yenidən komandanın düşərgəsinə qoşulub.

Futbolpress.az xəbər verir ki, Almaniyanın TZ nəşrinin yaydığı məlumata əsasən, belçikalı mütəxəssis noyabrın 10-da uzun fasilədən sonra Münhen təmsilçisinin bazasına qayıdıb. Daha əvvəl klubdan baş məşqçinin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən dərhal sonra iş başına keçəcəyi bildirilmişdi.

Xatırladaq ki, “Bavariya” Almaniya Bundesliqasında 9 turdan sonra aktivinə yazdığı 21 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Dortmund “Borussiya”sı isə əlavə göstəricilərə görə ikinci pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью