Bavariya üçünü yola salıb, ikisini gətirmək istəyir

31.12.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Bavariya"nın qış "transfer pəncərəsi" üçün planları müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bundesliqanın hazırkı lideri "Atletik"in ispaniyalı vingeri Niko Uilyamsı və "Ayntraxt"ın misirli hücumçusu Ömər Marmuşu transfer etməyi düşünür. 

"Bavariya" rəhbərliyi komandanı gücləndirmək üçün bu iki futbolçuya ehtiyac olduğunu düşünür. Münhen klubu həmçinin üç oyunçu - Kingsli Koman, Leroy Sane və Serj Qnabri ilə  yolları ayırmağı düşünür. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью