Bavariya ulduz futbolçuya təklif etdiyi yeni müqaviləni geri çevirdi

27.02.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bavariya" klubunun rəsmiləri Yoşua Kimmixə təklif etdikləri 20 milyon avroluq maaş müqaviləsini geri çəkiblər.

Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, buna səbəb futbolçunun müqavilə haqqında uzun müddət düşünməsi olub.

Futbolçunun müqaviləni qəbul etməsi uzun müddət çəkdiyindən "Bavariya" rəsmiləri Kimmixə mövsüm sonunadək komanda tapmasını tapşırıblar.

Qeyd edək ki, İspaniyanın "Real Madrid" klubu ulduz futbolçunun keçidi üçün "Bavariya" ilə danışıqlara başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью