Bavariya və Arsenal onu hədəflədilər

12.06.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bavariya" "Atletik"in futbolçusu Niko Uilyamsı hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Almaniya klubunun təmsilçiləri bu ay artıq ispaniyalı vingerin tərəfi ilə iki dəfə görüşüblər. Qarşıda bir neçə görüşün keçirilməsi planlaşdırılır. 

22 yaşlı oyunçunun müqaviləsindəki sərbəst buraxılma məbləği 58 milyon avrodur. Lakin danışıqlarda həlledici məsələ onun maaşı olacaq. 

Bildirilir ki, "Arsenal" da Uilyamsla maraqlanır. Amma futbolçunun maaş tələbinin yüksək olduğuna görə danışıqlarda irəliləyiş olmadı. 

Qeyd olunur ki, bu təkliflərə baxmayaq, "Atletik" Niko Uilyams üçün yeni müqavilə hazırlayır və onun klubda qalmasını istəyir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью