Bavariya və Bayer dən qələbə

26.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya çempionatının 31-ci turunda "Bavariya" Münhendə "Maynts"ı qəbul edib.

"Unikal" xəbər verir ki, belçikalı Vinsent Kompaninin rəhbərlik etdiyi komanda 3:0 hesabı ilə qalib gəlib. Qolları almaniyalı hücumçu Leroy Sane, fransalı hücumçu Mixael Olişe və ingilis müdafiəçi Erik Dayer vurub.

"Bavariya" 75 xalla turnir cədvəlinə başçılıq edir və "Auqsburq"u 2:0 hesabı ilə məğlub edən ikinci yerin çempionu "Bayer Leverkuzen"i 7 xal qabaqlayır.

Qeyd edək ki, bu gün keçirilən oyunda ispaniyalı Xabi Alonsonun rəhbərlik etdiyi komandadan çexiyalı hücumçu Patrik Şik və argentinalı hücumçu Emiliano Buendia fərqlənib.

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью