“Bavariya” və “İnter” Şade ilə maraqlanır

06.03.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

TEAMtalk-ın məlumatına görə, "Bavariya", "İnter" və "Tottenhem Hotspur" "Brentford"un cinah oyunçusu Kevin Şade ilə maraqlanır.

Mənbəyə görə, London klubu 24 yaşlı cinah oyunçusu üçün 50-70 milyon avro istəyə bilər. "Tottenhem Hotspur" gələn mövsüm Avropa yarışlarında iştirak etməyəcəkləri üçün Şade ilə müqavilə imzalamaq ehtimalı ən az olan klubdur.

Bu mövsüm Şade bütün yarışlarda 29 oyunda meydana çıxıb, yeddi qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью