Icma.az, Sportal.az portalına istinadən məlumat verir. Kamerun millisinin forvardı Erik Çupo-Motinq karyerasını ABŞ-da davam etdirəcək.
Sportal.az xəbər verir ki, təcrübəli hücumçu "Nyu-York Red Bullz”la anlaşıb. Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu ilə müqavilə müddəti 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Çupo-Motinq hazırda iş vizasının çıxmasını gözləyir.
Kamerunlu daha əvvəl "Hamburq", "Nürnberq", "Maynts", "Şalke", "Stok Siti", “Bavariya”, PSJ klublarında oynayıb.
saytlarin hazirlanmasi Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.