Bavariya və Yuventus ingilis futbolçu uğrunda mübarizəyə qoşulub

25.04.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton Avropa nəhənglərinin radarına düşüb.

Futbolçu ilə daha öncə "Mançester Yunayted" maraqlanırdı.

Apasport.az "Teamtalk"a istinadla xəbər verir ki, 21 yaşlı ingilis üçün "Bavariya" və "Yuventus" da yarışmağa hazırdır.

"Transfermarkt" Yarımmüdafiəçinin dəyərini 35 milyon avro olaraq qiymətləndirib.

Adam bu mövsüm "Kristal Pelas"ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər Fransa millisinin üzvü ölkəsinə qayıda bilər "Lester"in əfsanəsi komandadan ayrılır – 13 il sonra...  “Yuventus” heyətini Ukrayna millisinin üzvü ilə gücləndirəcək "Barsa" ilə oyundan öncə "Real"da ciddi itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью