Bavariya vingeri ilə yeni müqavilə imzalayacaq?

30.09.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bavariya” Harri Keynlə yeni müqavilənin bütün detallarını razılaşdırdıqdan sonra Maykl Olise ilə müqavilənin uzadılmasını müzakirə edəcək.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubu Fransa millisinin vingeri ilə danışıqların İngiltərə millisinin hücumçusu ilə aparılan danışıqlardan xeyli çətin keçəcəyini gözləyir. Hələlik nə futbolçunun özü, nə də agenti 2029-cu ildən sonra Bundesliqada oynamağa hazır olduğuna dair konkret siqnal verib.

Olise 2032-ci ilə qədər nəzərdə tutulan yeni müqaviləni imzalamağa razılaşarsa, Keyn və Camal Musiala ilə birlikdə komandanın ən yüksək maaş alan futbolçularından birinə çevriləcək. Keyn və Musiala ildə təxminən 25 milyon avro, Olise isə hazırda təxminən 14 milyon avro qazanır.

Bununla yanaşı, vinger yeni müqaviləyə sərbəstqalma məbləği ilə bağlı bəndin daxil edilməsini istədiyini artıq bildirib. Hazırkı müqaviləsində belə bir bənd yoxdur.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью