Bavariya Virtsin razılığını alıb

09.05.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bavariya" "Bayer"in futbolçusu Florian Virtsin razılığını alıb.

İdman.biz xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Münhen klubu yayda bu keçid üçün "Bayer"ə 100 milyon avro təklif edəcək. Leverkuzen klubu ilə danışıqlar uğurlu alınmasa, 22 yaşlı futbolçu daha bir mövsüm "Bavariya"nı gözləməyə hazırdır.

Qeyd edək ki, Florianın "Bayer"lə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, cari mövsümdə 43 oyunda 16 qol və 13 ötürmə ilə yadda qalıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью