Bavariya Virtzə alternativ futbolçu seçdi

22.04.2025

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Leypsiq" klubunun yarımmüdafiəçisi Xavi Simons "Bavariya"ya keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əgər Münxen klubu "Bayer"dən Florian Virtzi ala bilməsə, hollandiyalını heyətinə qatmağa çalışacaq.

Simonsun hazırki klubu ilə müqavilə 2027-ci ilin ortalarına qədərdir.

"Transfermarkt" portalının ekspertləri onun bazar dəyərini 70 milyon avro qiymətləndirirlər.

Bu mövsüm Xavi "Bulls"un heyətində 29 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью