“Bavariya”da ciddi itki

17.11.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya”nın futbolçusu Alphonso Davies ardıcıl 8-ci mövsümdə zədə problemi ilə üzləşib.

Apasport.az xəbər verir ki, kanadalı müdafiəçi millinin Qvatemala ilə keçirdiyi yoldaşlıq oyununda xəsarət alıb. Onun əzələ liflərində yırtıq aşkarlanıb.

Almaniya klubu 26 yaşlı futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Davies “Bavariya”da keçirdiyi son 8 mövsümdə zədələr səbəbindən ümumilikdə 124 matçı buraxıb. Onun Münhen təmsilçisi ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

“İnter” braziliyalı futbolçusunu əldən buraxmır: Yeni müqavilə Klopp: “Bu komandaya ilk baxışdan aşiq oldum” Türkiyə millisindən uğursuzluq – B Liqasına düşdü Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli olub “Qalatasaray” öz stadionunda oynaya bilməyəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью