Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Bavariya” Almaniya Bundesliqasının X turu çərçivəsində doğma meydanda “Köln”ü qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı Manuel Noyer (ayaq zədəsi), müdafiəçi Alfonso Deyvis (bud əzələsi zədəsi), hücumçular Serj Qnabri və Luis Dias (hər ikisi əzələ narahatlığından əziyyət çəkir), eləcə də İsmayıl Saybari (topuq zədəsi) görüşü buraxacaq.
Sabah keçiriləcək “Bavariya” – “Köln” qarşılaşmasına 23:30-da start veriləcək.