Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. "Bavariya" komandanın əfsanəvi keçmiş müdafiəçisi Frans Bekkenbauerin geyindiyi 5 nö
Oxu.Az xəbər verir ki, bu barədə Münhen klubu "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.
"Beşinci nömrə unikal miras üçün qorunub saxlanılacaq, çünki klubumuz və onun tarixi Bekkenbauersiz sadəcə ağlasığmazdır", - "Bavariya"nın prezidenti Herbert Hayner bildirib.
Qeyd edək ki, Bekkenbauer bu ilin yanvarında 78 yaşında dünyasını dəyişib.
Keçmiş futbolçu 1964-1977-ci illərdə "Bavariya"nın əsas komandasında çıxış edib.
Klubla birlikdə Bekkenbauer üç dəfə Avropa kubokunu, dörd dəfə Almaniya çempionluğunu qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.