Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Bavariya”da Camal Musialanın zədəsi ilə bağlı yaranmış vəziyyət komanda daxilində narazılığa səbəb olub.
QOL.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb. Bildirilir ki, bir neçə futbolçu açıq şəkildə Musialaya dəstək verir. Klub rəhbərliyinin məsələni idarə etmə tərzi isə həm komanda üzvləri, həm də futbolçuların agentləri tərəfindən tənqid olunur.
Məlumata görə, bəzi nümayəndələr Münhen klubunun yanaşması fonunda müştərilərinə “Bavariya”ya keçidlə bağlı qərar verməyə tələsməməyi tövsiyə edirlər.
Qeyd edək ki, noyabrın 27-də “Bavariya” Musialanın sağ bud əzələsində zədə aşkarlanması barədə məlumat yayıb. Almaniya mətbuatına görə, futbolçu 4-6 həftə yaşıl meydanlardan kənarda qala bilər.
Son aylarda üçüncü dəfə huşunu itirən Musialanın gələcəyi də sual altına düşüb. Klubun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge səhhətindəki problemlərə görə onun satışının mümkünlüyünü istisna etməyib.