Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Berlin, 8 yanvar, AZƏRTAC Almaniyanın Bavariya əyalətində magistralda hərəkət edən Niderlanda məxsus sərnişin avtobusunun yanması nəticəsində xəsarət alanlar var.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Avstriya istiqamətində hərəkətdə olan avtobus Münxen şəhəri yaxınlığında hərəkətdə olarkən baş verən yanğın zamanı sürücünün çevik reaksiyası 52 sərnişinin həyatını xilas edib.
Nəticədə sərnişinlər xəsarət almadan təxliyə olunub. Hadisə nəticəsində avtobus tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hazırda yanğının səbəbləri araşdırılır. Yanğın magistralda böyük tıxacın yaranmasına səbəb olub.
Elvin MövsümAZƏRTAC-ın xüsusi müxbiriBerlin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.