Bavariyada zəncirvari qəza nəticəsində 14 nəfər xəsarət alıb AZƏRTAC

31.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Berlin, 31 dekabr, AZƏRTAC

Almaniyanın Bavariya əyalətindəki Marktoberdorf şəhəri yaxınlığında magistralda baş verən zəncirvari qəza nəticəsində 14 nəfər xəsarət alıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, dörd avtomobilin toqquşduğu qəzada xəsarət alanlardan üçü uşaqdır.

Qəza ilə əlaqədar magistralda hər iki istiqamətdə hərəkət üç saat ərzində dayandırılıb. Hadisə yerinə 130-dan çox təcili yardım xidməti cəlb olunub. Ağır xəsarət alan bir qadın helikopterlə xəstəxanaya aparılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью