Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Bavariya” yoxlama görüşündə “Haydenhaym”ı məğlub edib. “Voyt Arena”da baş tutan qarşılaşma Münhen təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Futbolpress.az xəbər verir ki, Almaniya çempionunun heyətində Felipe Çaves (25), Arijon İbrahimoviç (47, penalti), Luis Dias (78) və Nataniel Braun (83) fərqləniblər.
Bu, “Bavariya”nın yeni mövsüm öncəsi son hazırlıq matçı olub. Münhen klubu avqustun 22-də Almaniya Superkuboku uğrunda matçda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.