“Bavariya”dan 7 0 hesablı darmadağın

19.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

“Bavariya” Almaniya Bundesliqasının IV turunda “Union”u böyük hesabla məğlub edib.

Modern.az xəbər verir ki, Münhendəki “Alyans Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

“Bavariya”nın fransalı vingeri Maykl Olise görüşün qəhrəmanı olub. O, 43, 73 və 76-cı dəqiqələrdə fərqlənərək het-trik edib. Olise həmçinin bir məhsuldar ötürmə ilə yadda qalıb.

Münhen klubunun digər qollarını Camal Musiala (18), Harri Keyn (39 – penalti, 54) və İsmayıl Saybari (70) vurublar.

Bu qələbədən sonra xallarını 10-a çatdıran “Bavariya” Bundesliqanın turnir cədvəlinə başçılıq edir. “Union” isə 1 xalla 16-cı pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью