“Bavariya”dan ayrılan hücumçu ABŞ klubuna keçib AZƏRTAC

29.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 noyabr, AZƏRTAC

Ötən mövsümün sonunda Almaniyanın “Bavariya” komandasından ayrılan Erik Maksim Çupo-Motinqin yeni klubu məlum olub.

AZƏRTAC xəbər verir ki, 35 yaşlı futbolçu ABŞ təmsilçisi "Nyu-York Red Bullz"a keçib. Tibbi müayinədən uğurla keçən hücumçu ilə 2 illik müqavilə imzalanacaq.

Kamerun millisinin üzvü ötən mövsüm Münhen klubunun heyətində ümumilikdə 34 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью