“Bavariya”dan “Benfika”ya keçdi

26.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Bavariya”dan “Benfika”ya keçdi

Portuqaliyalı yarımmüdafiəçi Joau Palinya “Bavariya”dan “Benfika”ya transfer olunub.

QOL.az xəbər verir ki, bu haqda klubların mətbuat xidmətləri məlumat yayıb.

Lissabon təmsilçisi 31 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Transferin 14 milyon avroya başa gəldiyi, müqavilədə daha 5 milyon avro bonusun nəzərdə tutulduğu bildirilir. Palinya 2024-cü ildə 51 milyon avro qarşılığında “Bavariya”ya keçmişdi. O, ötən mövsüm icarə əsasında “Tottenhem”də çıxış edib.

Qeyd edək ki, Palinya “Benfika”nın prinsipial rəqibi olan “Sportinq”in yetirməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью