Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Bavariya” bundesliqada daha bir rekordu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, Münhen təmsilçisi buna 12-ci turda “Sankt Pauli”ni məğlub etdiyi (3:1) matçda nail olub. Vensan Kompaninin komandası turnirdəki son 20 oyunun hər birində 2 və ya da çox qol vurub. “Bavariya” 2013/14 mövsümündə Xosep Qvardiolanın başçılığı altında da eyni göstəriciyə imza atıb.
“Bavariya” hazırda 34 xalla turnir cədvəlinin 1-ci pilləsini tutur və ən yaxın rəqibi “Leyptsiq”i 8 xal qabaqlayır.