Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu növbəti transferini reallaşdırmaq üzrədir.
İdmanxeber.az-ın məlumatına görə, Almaniyanın “Bavariya” komandasında çıxış edən 29 yaşlı yarımmüdafiəçi Kinqsli Koman Səudiyyə təmsilçisinə keçir.
Fransalı oyunçu ilə 3 illik müqavilə bağlanması planlaşdırılır.
Koman geridə qalan 2024/25 mövsümündə Bundesliqada 28 matçda forma geyinib, 5 qola imza atıb və 4 assist edib.