“Bavariya”dan minimal hesablı qələbə

12.01.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bavariya” komandası Bundesliqanın 16-cı turunda səfərdə “Borussiya Münxenqladbax” ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, qarşılaşmada Münxen təmsilçisi minimal hesabla qalib gəlib - 1:0. Bundesliqanın 16-cı turu çərçivəsində keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

“Hoffenhaym” - “Volfsburq” - 0:1;

“Haydenhaym” - “Union Berlin - 2:0”;

“Frayburq” - “Holştayn Kiel” - 3:2;

“Maynz 05” - “Boxum 1848” - 2:0;

“St Pauli” - “Ayntraxt Frankurt” - 0:1.

Tura yanvarın 12-də keçiriləcək “Leyptsiq” - “Verder Bremen” və “Auqsburq” - “Ştutqart” görüşləri ilə yekun vurulacaq. Xatırladaq ki, tura ötən gün “Borussiya Dortmund” – “Bayer Leverkuzen” görüşü ilə start verilib. Həmin görüşdə Leverkuzen təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

Bundesliqada 16 turdan sonra “Bavariya” 39 xalla liderlik edir. Münxenliləri 35 xalla “Bayer Leverkuzen” izləyir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью