Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Bavariya” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Camal Musiala sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sağ bud nahiyəsində əzələ zədəsi aşkarlanan futbolçu azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Musiala bu mövsüm meydana çıxa bilməyəcək.
23 yaşlı futbolçu bir müddətdir, nevroloji xəstəlikdən əziyyət çəkir. O, son iki ayda üç dəfə məşqdə və ya oyunda huşunu itirib.