“Bavariya”nı tərk edəcək

03.05.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Erik Dayer növbəti mövsümdə “Bavariya”da çıxış etməyəcək. Almaniya klubu futbolçunun komandadan ayrılacağını rəsmən açıqlayıb.
Klubun mətbuat xidmətinin məlumatında 31 yaşlı mərkəz müdafiəçisinin mövsümün sonunda Münheni tərk edəcəyi bildirilib. Bir neçə gün əvvəl tanınmış insayder Fabritsio Romano Dayerin “Monako”ya keçəcəyini yazmışdı.
Erik “Bavariya”nın formasını ötən ilin yayından geyir. O, cari mövsümdə bütün turnirlərdə 25 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью