“Bavariya”nın 110 milyon avroluq müdafiəçisi uğrunda üç klub mübarizə aparır

14.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Münhen “Bavariya”sının futbolçusu Kim Min Ce üç Avropa klubunun transfer hədəfinə çevrilib.

İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, İtaliyanın “Yuventus”, Türkiyənin isə “Qalatasaray” və “Beşiktaş” klubları 29 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Almaniya təmsilçisinin rəhbərliyinə müraciət ediblər.

Cənubi koreyalı müdafiəçi Vensan Kompaninin rəhbərliyi altında uğurlu çıxış etsə də, onun Münhendəki gələcəyi qeyri-müəyyən olaraq qalır. Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir, lakin anlaşmanın uzadılması barədə hələ qərar verilməyib.

Kim Min Ce əsas heyətdə yer almaq uğrunda Conatan Ta və Dayo Upamekano ilə rəqabət aparır.

Müdafiəçinin müqaviləsində 110 milyon avro məbləğində sərbəstqalma bəndi nəzərdə tutulub. Bununla belə, maraqlanan klublardan hər hansı birinin bu məbləği ödəməsi az ehtimal olunur.

Gözlənilir ki, “Bavariya” rəhbərliyi yaxın vaxtlarda futbolçu ilə danışıqlar apararaq onun gələcəyinə aydınlıq gətirəcək.

Cənubi koreyalı müdafiəçi gələn yay komandadan ayrılarsa, Münhen klubu “Benfika”nın futbolçusu Tomaş Arauju və ya “Ştutqart”ın müdafiəçisi Finn Yelçi transfer etməyə çalışa bilər.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью