“Bavariya”nın 16 yaşlı xilaskarı

04.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyanın “Bavariya” klubu yoldaşlıq matçında Cənubi Koreyanın “Çecud Yunayted” komandasını səfərdə 2:1 hesabı ilə məğlub edib.

Futbolpress.az xəbər verir ki, qarşılaşmada hesabı 11-ci dəqiqədə Münhen təmsilçisinin yarımmüdafiəçisi Felipe Çaves açıb. Meydan sahibləri bu qola 4 dəqiqə sonra Li Çan Minlə cavab verərək tarazlığı bərpa ediblər. “Bavariya” qələbə topunu birinci hissənin sonlarında vurub. Matçda son nöqtəni 16 yaşlı hücumçu Bastian Assomo qoyub.

“Bavariya” növbəti sınaq görüşünü avqustun 7-də “Aston Villa”ya qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью