“Bavariya”nın A və B planı

20.07.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bavariya" Luis Diasa görə "Liverpul"a yeni təklif göndərməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, Münhen klubu Diasın keçidini həll edə bilməyəcəyi təqdirdə "Lion"un 20 yaşlı vingeri Malik Fofananı transferini reallaşdırmağa çalışacaq. Almaniya nəhəngi bununla bağlı artıq Fransa klubu ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Fofana ötən mövsüm bütün turnirlərdə 41 matçda meydana çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью