“Bavariya”nın baş məşqçisi huşunu itirdi Təcili xəstəxanaya çatdırıldı

23.10.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani məşqdən sonra huşunu itirərək təcili xəstəxanaya yerləşdirilib.

İdman.Biz Sky Sport Germany-yə istinadən xəbər verir ki, belçikalı mütəxəssis Münhen klubunun məşq bazasında özünü pis hiss edərək yerə yıxılıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Bundan əvvəl klubun bazasına tibbi helikopter də enib.

Məlumata görə, 40 yaşlı baş məşqçi ötən həftə virus infeksiyasına yoluxub. Xəstəlik onun əvvəlki çapıq toxumalarında problemlər yaradıb və pilləkənlə qalxmasını çətinləşdirib.

Kompani oktyabrın 17-də “RB Leypsiq”lə keçirilən oyunun fasiləsində və qarşılaşmadan sonra məşqçilər otağında dincəlməli olub. O, matçdan sonrakı mətbuat konfransında da iştirak etməyib.

Hazırda mütəxəssisin səhhəti ilə bağlı ətraflı rəsmi məlumat verilməyib.

Qeyd edək ki, “Bavariya” oktyabrın 25-də Bundesliqanın yeddinci turunda “Frayburq”la qarşılaşacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью