“Bavariya”nın baş məşqçisi Qoretskanın “Atletiko”ya mümkün transferini şərh edib

29.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Münhen “Bavariya”sının baş məşqçisi Vensan Kompani komandasının yarımmüdafiəçisi Leon Qoretskanın “Atletiko Madrid”ə mümkün transferi ilə bağlı şərh verib.

İdman.biz-in məlumatına görə, Kompani bu transferlə bağlı klubun idman direktorları Maks Eberli və Kristof Froynd ilə müzakirə aparmalı olduğunu qeyd edib.

“Bilirəm ki, sabah səhər durub Maks (Eberli) və ya Kristof (Froynd) ilə danışmalı olacağam — heyət barədə fikir mübadiləsi aparmalıyıq. Amma söhbət mənimlə bağlı deyil. Söhbət Leon, klub və komanda üçün nəyin doğru olmasından gedir”, - jurnalist Florian Plettenberq Kompaninin X sosial media səhifəsində dediyi sözləri sitat gətirib.
İnsayder həmçinin qeyd edib ki, alman yarımmüdafiəçi İspaniya klubunun təklifini bu gün qəbul edə bilər.

Qoretska bu mövsüm klubda 28 oyunda iştirak edib və bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. Nüfuzlu internet portalı Transfermarkt futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью