Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Bavariya”nın təcrübəli qapıçısı Manuel Noyer karyerasını bitirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, 40 yaşlı qolkiper “BILD” nəşrinə müsahibəsində 2026/27 mövsümünün onun üçün peşəkar futbolda sonuncu ola biləcəyini deyib:
“Mən hər hansı bir stadionda bunun son matçım olub-olmaması barədə düşünmürəm, lakin görünür, mən həqiqətən də tezliklə karyeramı başa vuracağam”.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur. O, Münhen təmsilçisi ilə 2 dəfə Çempionlar Liqasının qalibi olub, 13 dəfə Almaniya çempionluğu yaşayıb. Təcrübəli qolkiper Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb.