“Bavariya”nın futbolçusu “Atletiko” yolunda

29.01.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bavariya”nın futbolçusu Leon Qoretska karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” yarımmüdafiəçinin transferi üçün Münhen klubu ilə danışıq aparır. Bu barədə “Sky Sports” məlumat yayıb.

“Atletiko” “Tottenhem”ə satdığı Konor Qallaqerin yerini Qoretska ilə doldurmaq istəyir.

Leon bu mövsüm 28 oyuna çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью