“Bavariya”nın futbolçusu “Barselona”ya keçir

27.01.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix “Barselona”nın futbolçusu ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar artıq almaniyalının transferi ilə bağlı danışıqlar aparır.  Bu mövsüm 29 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 29 oyuna çıxıb, 1 qol vurub və 8 məhsuldar ötürmə edib.

Futbolçunun Münhen komandası ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. “Transfermarkt” portalı almaniyalının dəyərini 50 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью