Bavariyanın futbolçusu bir neçə həftə oynamayacaq

19.11.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bavariya"nın futbolçusu Joau Palinya zədələnib.

QOL.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi milli komandanın məşqində zədələnib.

29 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Klubun mətbuat xidməti Palinyanın bir neçə həftə məşqlərdən kənarda qalacağını açıqlayıb.

Qeyd edək ki, Joau Palinya yayda İngiltərənin "Fulhem" klubundan "Bavariya"ya keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью